“Beşiktaş”ın fan klubu Belçikada “Qarabağ”ı dəstəkləyəcək

besiktasin-fan-klubu-belcikada-qarabagi-destekleyecek
Oxunma sayı: 1902

Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” Konfrans Liqasının 1/8 final mərhələsinin cavab görüşünə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan təmsilçisi evdə 1:0 hesabı ilə qalib gəldiyi “Gent”lə qarşılaşacaq. 

Matçın start fiti saat 00:00-da veriləcək. 

Ağdam klubu üçün tarixi əhəmiyyət daşıyan matça gələcək azərbaycanlı azarkeşlərin sayı da bəlli olub. Belə ki, komandamızı səfərdə 400-də çox tərəfdar dəstəkləyəcək. Onların əksəriyyəti Avropada yaşayan həmyerlilərimizdir. 

Bundan başqa Türkiyənin “Beşiktaş” klubunun Avropa fan klubu da tribunalarda yer alacaq. Onlar Azərbaycan təmsilçisinə dəstək nümayiş etdirəcəklər.