Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi koronavirusa qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə klub rəhbərindən götürülən sonuncu testin nəticəsinin neqativ çıxdığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Ahmet Nur Çebidə koronavirus dekabrın 30-da aşkarlanmışdı. O, mayda da koronavirusa yoluxmuşdu.
Son xəbərlər
Son Xəbərlər