“Beşiktaş”ın prezidenti koronavirusa yoluxdu

besiktasin-prezidenti-koronavirusa-yoluxdu
Oxunma sayı: 954

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi də koronavirusa yoluxub. “Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərindən dünən götürülən test müsbət nəticə verib. Karantinə alınan Ahmet Nur Çebi həkim nəzarətində olacaq.
 
Qeyd edək ki, “Beşiktaş”ın 1 futbolçusu və 7 klub işçisində də koronavirus aşkarlanıb.