“Beşiktaş”ın prezidenti məhkəməlik oldu

besiktasin-prezidenti-mehkemelik-oldu
Oxunma sayı: 1071

 “Beşiktaş”ın prezidenti Fikrət Orman məhkəməyə verilib. 

“Qafqazinfo” xəbər verir ki, “Beş E Mek” inşaat şirkəti klub rəhbərindən şikayətçi olub. 

Fikrət Ormanın 31 dekabr tarixində adıçəkilən holdinqə təqdim etdiyi 3 milyon 777 min lirəlik çek bank tərəfindən etibarsız hesab olunub. 

Bu səbəbdən də “Beş E Mek” “qara qartallar”ın prezidentini məhkəməyə verib. İstanbul  İcra  Cəza Məhkəməsində məsələ ilə bağlı cinayət işi başladılıb.