“Barselona” və “Beşiktaş”ın sabiq futbolçusu Duqlas Santos saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun ictimai yerdə odlu silahdan atəş açmasıdır.
Futbolçu Braziliyada dayancaqların birində havaya atəş açıb. Santos gizlənsə də, hüquq-mühafizə orqanları axtarışlar nəticəsində onu tapıb.
Lakin həmin zaman oyunçu silahsız olub. Duqlas dindirilmə zamanı atəş açdığını etiraf edib.