“Beşiktaş”ın şərəfini qoruyacaq azərbaycanlı futbolçu

besiktasin-serefini-qoruyacaq-azerbaycanli-futbolcu
Oxunma sayı: 1338


 “Qafqazinfo” “Rekord.az” saytına istinadən xəbər verir ki, bu klubun yetirməsi olan 2001-ci il təvəllüdlü Turan Vəlizadə 2 həftədən sonra Türkiyəyə, “Beşiktaş”ın düşərgəsinə yola düşür. 

 Vəlizadə İstanbul klubu ilə birbaşa müqavilə bağlamağa gedir. “Əlincə”nin U-14 komandasının üzvü olan Tural eyni zamanda “Bakcell ”şirkətinin “Mançester Yunaytet” layihəsində də iştirak edib və seçilərək İngiltərəyə gedən uşaqlar sırasında olub. Bundan sonra isə o, "Beşiktaş"ın şərəfini qoruyacaq.