“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılış mərasiminə qatılmaq üçün Bursaya gedən Əmrə Belözoğlu beşiktaşlı azarkeşlərinin hücumuna məruz qalıb.
“Beşiktaş”-“Belediyespor” matçını izləməyə gedən azarkeşlər Belözoğluna əvvəlcə söz atıb, daha sonra isə hücum ediblər. Fənərbaxçalı futbolçunun cavab qaytarması mübahisəni daha da böyüdüb.
Əmrənin yanında olan sabiq futbolçu və meneceri Orhan Ak belindəki tapançanı çıxararaq hücum edənlərə atəş açacağını deməsindən sonra mübahisə bitib.
Belözoğlu jurnalistlərə açıqlamasında polisə şikayət etdiyini bildirib.
Könül
Son xəbərlər
Son Xəbərlər