Qərbi Kaspi Universitetinin tələbəsi faciəli şəkildə vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda universitet sosial şəbəkə hesablarında məlumat yayıb.
Bildirilib ki, universitetin “Yüksək texnologiyalar və İnnovativ mühəndislik” fakültəsinin, İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi İkram Şahbalayev dəm qazından boğularaq ölüb.
***
İkram Şahbalayevin ölümünün təfərrüatı məlum olub.
Belə ki, aprelin 4-ü saat 20 radələrində 2001-ci il təvəllüdlü İkram yaşadığı Lökbatan qəsəbəsi S.Orucov küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Yaxınları onu huşsuz vəziyyətdə aşkar etdikdə artıq gec olub.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər