Bəstəkar həyat yoldaşına mahnı bəstələdi -

bestekar-heyat-yoldasina-mahni-besteledi-
Oxunma sayı: 938


Bir çox məhşur hitlərin müəllifi, şair-bəstəkar Tural Bayraməliyev növbəti kompazisiyasını xanımı Mehribana həsr edib. “Mehriban” adlanan yeni musiqili əsər T.Bayraməliyevlə xanımının ailə həyatı qurmağının bir ilinə ərməğandır. Bu barədə “Qafqazinfo”ya müəllif özü məlumat verib: “Kompazisiyanı eyni zamanda sevib-sevilən, qəlbi sevgi ilə döyünən gənclərə həsr edirəm. İnanıram bu melodiya sevənlərin rəmzinə çevriləcək”. 

Qeyd edək ki, yeni bəstəsinin aranjimanı İlkin Həsəniyə məxsusdur. Məhşur musiqiçi Muhittin Kadriyenin rəhbərliyi və böyük orkestr heyətinin müşayiəti ilə bəstə Türkiyədə lentə yazılıb. Öyrəndik ki, “Mehriban” tezliklə ekran həllini tapacaq. Tural Bayraməliyevin məlumatına görə, tanınan türkiyəli rejissor qonşu ölkədə kompazisiyaya klip çəkəcək. Klip iki gəncin sevgisindən bəhs edəcək. Obrazı türkiyəli peşəkar aktyorlar canlandıracaq. Çəkilişin Böyük adada aparılması nəzərdə tutulub.

“Qafqazinfo”