“Betmen” öldü

betmen-oldu
Oxunma sayı: 1008

Uzun müddətdir leykoz xəstəliyindən əziyyət çəkən amerikalı aktyor Adam Uest 88 yaşında vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Betmen” obrazı ilə yaddaşlarda qalan məşhur aktyorun ölüm xəbərini ailə üzvləri paylaşıblar:

“O özünü hər zaman döyüşçü olaraq görürdü. Onu sevənlərin həyatında müsbət iz buraxmaq istəyirdi. O bizim qəhrəmanımız idi və hər zaman da elə olacaq”, - deyə ailəsindən verilən açıqlama qeyd edilib.

Qeyd edək ki, A.Uest 63 illik karyerasında “Betmen” obrazından başqa, “Simpsonlar” və “Qriffinlər” animasiya filmləri ilə də iz buraxıb.