Betonlanan ağacın dibi təmizləndi - Foto+Yenilənib

betonlanan-agacin-dibi-temizlendi
Oxunma sayı: 2488

Nərimanov rayonunda ağacın dibi betondan təmizlənib. 

ETSN-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, rayonun Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı quruma daxil olan məlumat yerində araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan şirkətin özü tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib. 

Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan məcburi göstəriş verilib: “Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər”.

***

Bakı şəhər Yaşıllaşdırma Birliyindən “Qafqazinfo”ya bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığı əsasında əraziyə baxış keçirilən zaman məlum oldu ki, sağlam bioloji inkişafda olan ağacın gövdəsinin torpaq səthi betonla örtülüb: “Mütəxəssislərimiz hadisəyə müdaxilə edib, tikinti şirkətinə ağacın kökünün betondan təmizlənməsi üçün tapşırıq verilib. Beton təmizləndikdən sonra qida sahəsi sulanıb və ağac normal inkişafdadır”.