Betonqarışdıran aşdı, sürücü öldü - Foto

betonqarisdiran-asdi-surucu-oldu
Oxunma sayı: 2466

Şəmkirdə sürücünün ölümü ilə nəticələnən yol məqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Morul kəndi ərazisində betonqarışdıran “Kamaz” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü, rayon sakini 1962-ci il təvəllüdlü Arifli Eldəniz Tofiq oğlu yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli