“Eurovision-2012”nin ilkin dinləmələri başlayır

eurovision-2012nin-ilkin-dinlemeleri-baslayir
Oxunma sayı: 666

İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) Qafqazinfoya bildirilib ki, noyabrın 3, 5, 7-də sənədləri gəbul olunmuş 119 nəfər iştirakçı İctimai Televiziyada ilkin dinləmələrdən keçəcək.

Dinləmələr 3 qrupa bölünəcək. İlk qrup noyabrın 3-də çıxış edəcək. Çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək 2 mahnı ifa etməlidir.

Bu dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaqlar.

Milli seçim ötənilki qayda ilə aparılacaq. Azərbaycanın Eurovision-2012 təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Nigar