“Eurovision” üçün yeni arenanın tikintisi başladı

eurovision-ucun-yeni-arenanin-tikintisi-basladi
Oxunma sayı: 678

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Eurovision" müsabiqəsinin rəsmi saytında məlumat verilib. Almaniyanın "ALPINE Bau Deutschland AG" şirkəti tərəfindən inşa olunacaq arenanın tutumu 25 min nəfər olacaq.

"ALPINE Bau Deutschland AG"nin layihə üzrə partnyorları "gmp International GmbH", İsveçrə şirkətləri olan "Nüssli AG" və "Basler & Hofmann AG", eləcə də Avstriya şirkəti "GmbH & Co. KG" və Münhendən "SSF Ingenieure AG"dir.

"Bakı Büllur Zalı" layihəsinin partnyoru olan "Nüssli AG" şirkəti Almaniyada keçirilmiş "Eurovision-2011"-in səhnəsini qurmuşdu.

ALPINE müasir idman obyektlərinin tikintisində geniş təcrübəyə sahibidir. Bu sıraya Polşada keçiriləcək futbol üzrə Avropa çempionatı üçün tikilməkdə olan üç futbol stadionu, Münhendəki Allianz Arena, Avstriyada futbol üzrə Avro-2008 üçün üç sayda stadionun genişləndirmə və yenidən qurma işləri, eləcə də Dubaydakı beynəlxalq kriket stadionu daxildir.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək "Eurovision-2012" musiqi yarışmasının Təşkilat Komitəsinin sədri birinci xanım mehriban Əliyevadır.