Ev yandı, üç uşaq öldü

ev-yandi-uc-usaq-oldu
Oxunma sayı: 689

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 28-də saat 04:15 radələrində Sabirabad rayonunun Qaraqaşlı kəndində kənd sakini Abdulkərim Murtuzayevə məxsus evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin oğlu - Valehin və 3 azyaşlı nəvələrinin yanmış meyitləri tapılıb.