Evi başına uçdu - Fotolar

evi-basina-ucdu-fotolar
Oxunma sayı: 668

“Qafqazinfo”nun məlumatına görə, nəticədə evdə olan 13 yaşlı uşaq yaralanıb. Mirsərdər Səfiyevin sözlərinə görə, ötən il baş verən təbii fəlakət nəticəsində onun da evi qəzalı vəziyyətə düşüb: “Mənim evim bir ildən çoxdur bərbad vəziyyətdədir. Varlılara ev tikirlər, biz isə qalmışıq kənarda”. Dəfələrlə aidiyyatı qurumlara müraciət etdiyini, prezidentə məktub yazdığını deyən kənd sakini müraciətlərini cavabsız qaldığını bildirib: “Prezidentə yazdığım məktuba cavab gəlib, Fövqəladə Hallar Nazirliyindən gəlib baxış keçiriblər, amma heç bir nəticə olmayıb”.

Avqustun 23-də evinin uçub, tam yararsız hala düşdüyünü deyən M. Səfiyev övladının qəza nəticəsində güclü xəsarət aldığını vurğulayıb. Hadisədən sonra o, yerli icra nümayəndəliyinə müraciət edib. Onun sözlərinə görə, gəlib evinə baxış keçirsələr də ona heç bir köməklik olmayıb.

Hazırda 9 nəfərlik ailəsi ilə bacısının evində məskunlaşdığını deyən M. Səfiyev ona kömək edilməsini istəyir.

Qeyd edək ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı iyunun 3-də sözügedən evə baxış keçirib və evin tam qəzalı vəziyyətdə olması barədə sənəd hazırlayıblar. Bundan sonra qərargah rəhbərliyi bununla bağlı Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət ediblər. Lakin nazirliyin bu məsələyə ciddi yanaşmadığı bildirilir.

Fatimə Kərimli