Evi soyularaq həyat yoldaşı döyülən vəzifəli şəxsin adı açıqlandı - Yenilənib

evi-soyularaq-heyat-yoldasi-doyulen-vezifeli-sexsin-adi-aciqlandi-yenilenib
Oxunma sayı: 667



Dünən paytaxtın Xətai rayonu ərazisində mənzilə basqın olması ilə bağlı xəbər vermişdik. Xəbərdə qeyd olunurdu ki, oktyabrın 14-ü saat 10:30 radələrində naməlum şəxslər Babək prospektində yaşayan Gülnarə İsgəndərovanın mənzilinə soxulublar. “Qafqazinfo”nun məlumatına görə, onlar ev sahibinin ağzını və əllərini yapışqan lentlə bağlayaraq döyüb, bıçaqla hədələyərək evdən 50 min manat götürüblər. Xətai rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində evə basqın etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Yeganə Rəhimova, Fariz Məmmədov və Fərid Məmmədov oktyabrın 15-də tutulublar. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, dəstə cinayət əməlini xüsusi hazırlanmış klassik fəndlə həyata keçirib. Cinayətin həyata keçirilməsində ilk iş dəstənin qadın üzvü olan Yeganə Rəhimovanın imiş. O, mənzilin qapısını döyərək özünü Mənzil İstismar Sahəsinin əməkdaşı kimi təqdim edərək siyahıyaalma aparıldığını deyib, bu yolla ev sahibinin qapını açılmasına nail olub. Sonra ev sahibini danışığa tutaraq başını qatıb və dəstənin digər üzvləri mənzilə soxulublar.

Hazrıda quldurluqda şübhəli bilinən şəxslərdən cəmi 3 nəfəri həbs edilib. Zərərçəkmişin ifadəsinə görə, onların sayı 5 nəfər olub. Hazırda digər iştirakçıların tutulması istiqamətində iş aparılır.

“Qafqazinfo”nun əldə məlumatlara görə, evdən qeyd edildiyi kimi 50 deyil, 150 min manat aparılıb. Məhz dünən qeyd etmişdik ki, baş verən cinayət hadisəsininin daha önəmli məqamı isə oğurluq olan evin ölkənin vəzifəli şəxslərindən birinə məxsus olmasıdır. Məlumata görə, həmin şəxs Bakı Metropoliteninin rəis müavini, Tikinti İdarəsinin müdiri Arif Rəsulovdur. Məlumatlara görə, oğurluq hadisəsi məhz həmin şəxsin evində baş verib.

A. Rəsulov məsələ ilə bağlı “Qafqazinfo” ilə əlaqə saxlayaraq belə bir hadisənin baş vermədiyini deyib. O, Xətai rayonu ərazisində deyil, Yasamalda yaşadığını bildirib: “Bu xəbəri təcili olaraq saytdan çıxarın. Bir daha bildirirəm ki, belə bir hadisə baş verməyib”.