Bəxt daha 4 nəfərin üzünə güldü

bext-daha-4-neferin-uzune-guldu
Oxunma sayı: 1275


“Qafqazinfo”nun xəbərinə görə, əməliyyat saat 18:45-də başa çatıb.

Həmçinin, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xəzər rayonunda dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 300 metr məsafədə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Zuğulba-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunb.

Bundan başqa, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə məntəqəsindən, təxminən, 250 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Türkan” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.

Digər hadisə isə Abşeron rayonunda baş verib. Belə ki, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda dənizdə (“Fatmayı” sularda xilasetmə məntəqəsindən, təxminən, 500 metr məsafədə, nəzarət olunmayan ərazidə) batma təhükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Fatmayı” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.