Bəxtiyar Abbasov millimizin baş məşqçisi təyin edildi

bextiyar-abbasov-millimizin-bas-mesqcisi-teyin-edildi
Oxunma sayı: 3722

“Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov Döyüş Sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Sambo Federasiyasının rəhbərliyi qərar qəbul edib.

Qeyd edək ki, B.Abbasov bir çox beynəlxalq turnirlərdə və yarışlarda Azərbaycanı təmsil edərək uğurlar əldə edib. O, eyni zamanda Döyüş Sambosu üzrə Dünya və Avropa çempionatlarının mükafatçısıdır.