“Qafqazinfo” xəbər verir ki, sammitdə dünyanın 60 lideri iştirak edir. Sammit zamanı əsas mövzular arasında Rusiyanın Ukraynaya qarşı addımlarına cavab, Ukraynaya göstəriləcək hərbi, maliyyə və siyasi dəstəyi müzakir etmək, NATO-nun Baltikyanı ölkələrdə və Polşada Çevik Qüvvələrinin yerləşdirilməsi, alyansın gələcək müdafiə strategiyası və digər mövzular müzakirə ediləcək.
Bəxtiyar Hacıyev isə sammit çərçivəsində keçirilən "Gələcək Liderlər" panelində iştirak edir. "Gələcək Liderlər" paneli ABŞ-ın Atlantik Şurası tərəfindən təşkil edilib və dünyanın 35 ölkəsindən 50 gənc lideri NATO sammitinə dəvət edib. Sammit çərçivəsində NATO Baş Katibi, bir çox ölkənin baş nazirləri, xarici işlər nazirləri, rəsmi şəxsləri gənclərlə görüşəcək, NATO-nun gələcək strategiyasının müəyyənləşdirilməsində onların tövsiyyələrini dinləyəcəklər. Eyni zamanda "Gələcək Liderlər" proqramının iştirakçılarının NATO-nun gələcək tədbirlərinə daha aktiv cəlb edilməsi planlaşdırılır.
Qeyd edək ki, prezident İlham Əliyev də sammitdə iştirak üçün sentyabrın 3-də Böyük Britaniyaya işgüzar səfərə gedib.
Son xəbərlər
Son Xəbərlər