“Qafqazinfo” xəbər verir ki, bu barədə Hacıyev özünün facebook hesabında yazıb.
“Polis gəlib mənə deyirdi ki, gəncləri sakitləşdir. Mən də dedim ki, mənə niyə deyirsiniz, onların rəhbəri deyiləm ki? Biri dedi o qızı tutun aparın, mən də dedim qarşıdurma lazım deyil. Sonra biri kobud danışdı mənimlə, dedi bəs sən kimsən? Dedim vətəndaşam. O dəqiqə də polislər tutub apardılar. Vətəndaş olmağın qadağan olduğunu bilmirdim...”
Gənc fəalın sözlərinə görə, o, hazırda 22-ci polis bölməsindədir.
Son xəbərlər
Son Xəbərlər