Bəxtiyar Hacıyev saxlanıldı - Məhkəməyə aparıldı + Yenilənib

bextiyar-haciyev-saxlanildi
Oxunma sayı: 10677

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat yayıb. O bildirib ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə aparılır”.

Vəkil bildirib ki, B.Hacıyev Ülviyyə Alovlu ilə münaqişəsinə görə saxlanılıb.

***

Vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev Xətai Rayon Məhkəməsinə gətirilib. Lakin vəkili məhkəmə binasına buraxmayıblar.