Bəxtiyar Hacıyevi aldadan iş adamına hökm oxundu

bextiyar-haciyevi-aldadan-is-adamina-hokm-oxundu
Oxunma sayı: 2674

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə gənc fəal, Müsbət Dəyişikliklər Hərəkatın təsisçisi Bəxtiyar Hacıyev sosial şəbəkədə yazıb. O qeyd edib ki, özü ilə yanaşı bir çox Azərbaycan vətəndaşının etibarından sui-istifadə edib dələduzluq edən Türkiyə vətəndaşı Nurettin Eres Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 1 il 9 ay müddətinə həbs olunub.

Xatırladaq ki, sözügedən iş adamı Nurettin Eres Bəxtiyar Hacıyevdən şikayətçi olmuşdu və onun barəsində cinayət işi açılmışdı. Cinayət işi açılmasına səbəb türk iş adamı Nurettin Eres və onun aktrisa həyat yoldaşı Mətanət Əhmədovanın Nərimanov rayon Polis İdarəsinə etdiyi müraciətdir. Müraciətdə qeyd olunur ki, sözügedən  iş adamına B. Hacıyev tərəfindən zor tətbiq edilərək sənədləri güclə əlindən alınıb.