Bəxtiyar Hacıyevlə bağlı həbs qərarı verildi

bextiyar-haciyevle-bagli-hebs-qerari-verildi
Oxunma sayı: 7270

Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev barəsində Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş təqdimata məhkəmədə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsi təqdimatı təmin edib. B.Hacıyev barəsində 1 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədar saxlanılıb. Onun barəsindəki cinayət işinin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə olduğu bildirilir.