Bəxtiyar Sadıqovun da adı yoxdur

bextiyar-sadiqovun-da-adi-yoxdur
Oxunma sayı: 3304

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizədlərinin siyahısını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, namizədlər siyahısında Əməkdar jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun adı yoxdur. 

Daha əvvəl 119 saylı Ağdam kənd dairəsindən deputat olan Bəxtiyar Sadıqovun əvəzinə  Məmmədov İbrahim Raqif oğlunun namizədliyi təklif edilib. 

Qeyd edək ki, B.Sadıqov ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı olub.