Bəxtiyar Soltanovla müqavilə imzalanır

bextiyar-soltanovla-muqavile-imzalanir
Oxunma sayı: 670

Qol.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi yaxın saatlarda «Bakı»nın yarımmüdafiəçisi Bəxtiyar Soltanovla müqavilə imzalayacaq.

Qeyd edək ki, «Qarabağ» son anda, UEFA-ya iştirak ərizəsini göndərəcəyi bu gün Bəxtiyarın transfer məsələsini həll edə bilib.

Buna qədər «Bakı» klubu «Qarabağ»a keçməsi müqabilində Bəxtiyardan təzminat tələb edirdi.

Qol.Az-ın məlumatına görə, bu gün səhər tərəflər razılığa gələ biliblər.