Bəy namizədi evlilik verilişindən qovuldu

bey-namizedi-evlilik-verilisinden-qovuldu
Oxunma sayı: 2789

“Esra Erolla İzdivac” proqramında bəy namizədi Doğukan Özkan verilişdən qovulub.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə iştirakçı sosial şəbəkədə məlumat yayıb.

D. Özkan bildirib ki, canlı yayımda “Periscope”dən istifadə etdiyi üçün evlilik verilişindən uzaqlaşdırılıb:

“Yayımda bir neçə dəfə “Periscope”dən istifadə etmişdim. Bu səbəblə rəhbərlik tərəfindən xəbərdarlıq aldım. Ürəyim sıxılırdı, bu səbəbdən sosial şəbəkədə canlı yayım edirdim.

Bu addımıma kanal rəhbərliyi dözmədi, məni verilişdən qovdu. Artıq proqramda iştirak etməyəcəm. Sözügedən yayımlarda veriliş və rəhbərlik barədə mənfi fikirlər səsləndirməmişdim. Nə deyəcəyimi bilmirəm”.