Bəy niyə toyqabağı intihar etmək istədi? - Təfərrüatlar

bey-niye-toyqabagi-intihar-etmek-istedi
Oxunma sayı: 3744

İsmayıllı rayonunda intihara cəhdlə bağlı təfərrüatlar məlum olub.


"Qafqazinfo"nun məlumatına görə, rayonun Mican kənd sakini, 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlunun dayısı İttifaq Məmmədov APA-ya bildirib ki, bacısı oğlu nişanlıdır, sentyabrın 20-də toyu olacaq.

Sentyabrın 11-də isə onun nişanlısı olan qızın toy mərasimi keçirilib.

İ. Məmmədovun sözlərinə görə, A. Hidayətovun özünə qəsd etməsinin səbəbi isə nişanlısının onunla evlənməkdən imtina etməsi olub:

"Bəzi şəxslər Asiman barədə nişanlısına xoşagəlməz sözlər deyiblər, onun guya narkoman olduğunu, mütəmadi olaraq spirtli içki qəbul etdiyini bildiriblər. Nişanlısı da Asimana ağır sözlər söyləyib, onunla evlənmək istəmədiyini deyib. Asiman da həm buna görə, həm də camaat arasında barəsində mənfi söz-söhbətin yayılmasından hiddətlənərək intihar etmək istəyib".

Qeyd edək ki, A. Hidayətov hazırda ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətindədir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.