Bəyannamə imzalandı

beyanname-imzalandi
Oxunma sayı: 637

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, birgə Mətbuat Konfransında üçtərəfli Trabzon Bəyannaməsi imzalanıb. İmzalanma mərasimindən sonra Nazirlər çıxış ediblər.

Öz çıxışında Nazir Elmar Məmmədyarov Azərbaycanın regionda enerji layihələrinin inkişafına önəm verdiyini vurğulayıb. E.Məmmədyarov həmçinin 9 iyun 2012-ci il tarixində Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan iş adamlarının iştirakı ilə 3 ölkənin iqtisadiyyat nazirlərinin görüşünün keçiriləcəyini söyləyib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq cəbhə xəttində son hadisələrin baş verməsinin münaqişənin dondurulmuş olmadığını söyləyib və bu münaqişənin regionun təhlükəsizliyini və sabitliyini sarsıtdığını və regionun gələcəyi üçün bir təhlükə olduğunu qeyd edib.