Beyaz-Candan dueli yenidən başladı- - Video

beyaz-candan-dueli-yeniden-basladi-
Oxunma sayı: 1662


“You tube” kanalında 4 milyondan çox izlənən sözügedən çarxların “Beyaz şou”da məşhurların birgə çıxışından sonra bitdiyi deyilmişdi. Ancaq məşhur yumorist verilişinin sezon finalında yenə müğənniyə söz atıb. Belə ki, yeni çarx hazırlayan Beyazıt artıq sezon finalına çıxdığı üçün Candanın ona cavab verə bilməyəcəyini deyib.

Qeyd edək ki, Beyazıt Öztürk verilişində hər zaman müğənnilərin mahnılarını fərqli sözlərlə səsləndirir. Candan Erçetinin “Git” klipinə hazırladığı rolikə isə, müğənni də cavab videosu hazırlamışdı. Tamaşaçıların maraqla izlədiyi bu cavab video-çarxları gözəl bir “duel” kimi yadda qalıb.

Günel Hacı