Bəyazla bağlı istintaq başladı - Video

beyazla-bagli-istintaq-basladi
Oxunma sayı: 3945

Beyazıt Öztürk üçün istintaq işi başlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cümə günü canlı yayımda baş verən hadisə ilə bağlı Baş Prokurorluğun açıqlaması belə olub:

“8 yanvar 2016-ci il tarixində yayımlanan “Beyaz show” proqramında terror təşkilatının təbliğat edilməsi ilə bağlı istintaq başladılıb. Proqramın CD-si incələnir, proqrama cavabdeh olan şəxslər, canlı yayıma bağlanan Ayşe Çelik və aparıcı istintaqa cəlb olunub.

Qeyd edək ki, yanvarın 8-də qonaqlara sual vermək üçün canlı yayıma bağlanan Ayşe Çelik adlı şəxs Diyarbakırdan zəng vurduğunu və müəllimə olduğunu bildirib.

Daha sonra efirdə olan şəxsləri ölkənin cənubunda baş verən hadisələrdən xəbərsiz olduğunu üçün qınayıb. Beyazit Öztürk açıqlamasında bir anlıq nə baş verdiyini anlamadığı üçün qadının dediklərini təsdiqlədiyini, açıq danışılmadığından həmin an PKK-nın ağlına gəlmədiyini bildirib. Yanlış anlaşılıdığından izləyicilərdən üzr istəyən Beyazit adının siyasətdə çəkilməməsini istəyib.

Onu da qeyd edək ki, hadisə sosial şəbəkələrdə geniş müzakirə olunur və aparıcıya dəstək olanlarla yanaşı PKK dəstəkçisi adlandıranlarda az deyil.

Günel Hacı