Bəyəndiyi müğənnilər azərbaycanlılardır - Video

beyendiyi-mugenniler-azerbaycanlilardir
Oxunma sayı: 6769

Rusiyanın Xalq artisti Larisa Dolina bəyəndiyi müğənnilərin adlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “ROCKET MAG” onlayn nəşrinə danışıb.

Məlum olub ki, sənətçinin bəyəndiyi hər iki ifaçı azərbaycanlıdır – SSRİ Xalq artisti Müslüm Maqomayev və MDB ölkələrində populyarlıq qazanmış Jony (Cahid Hüseynli).

Qeyd edək ki, L. Dolina 1955-ci ildə Bakıda anadan olub.