Artıq layihə ilə bağlı saytda postmodernist yazarların yazıları və müsahibələri dərc olunub. Layihənin ilk ayında “Azərbaycanda postmodernist yazarları tanıyırsız?”, ikinci ayında isə “Ən yaxşı postmodernist yazar kimdir?” başlıqlı sorğu yayımlanmışdı.
Bu gündən isə üçüncü sorğuya başlayırıq. “Hansı postmodernist əsəri bəyənirsiniz?” sorğusunda iştirak edib oxuduğunuz və bəyəndiyiniz əsərə səs verə bilərsiz, eyni zamanda istədiyiniz başqa əsərlərin adlarını təklif edə bilərsiz. Təklif etdiyiniz əsərlərin adları da sorğuya əlavə olunacaq.
Bir daha xatırladaq ki, layihədə iştirak etmək istəyən gənclər [email protected] elektron poçtuna və saytın Facebook səhifəsinə yazıları göndərə bilərlər. Şərtlərə cavab verən bütün yazılar yayımlanacaq.
QEYD: Sorğu saytın sağ tərəfindədir.
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə “Qafqazinfo”nun birgə layihəsi Azərbaycan Respublikası Prezidentinin Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər
Son Xəbərlər