“Bəyənmədiyiniz sinəmlə 2 uşaq əmizdirmişəm”- - Çağla

beyenmediyiniz-sinemle-2-usaq-emizdirmisem-
Oxunma sayı: 2120


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, model həyat yoldaşı Emrə Altuğa xəyanət etmədiyini və dostca ayrıldıqlarını bildirib:

“İlk və son dəfə danışıram. Mən burada gülüb əylənirəm.  “Necə bu qədər tez özünə gəldi?” deyə soruşurlar. İndi mən aşpaz olsaydım, yemək bişirməyəcəkdim? Bu mənim işimdir və pulumu buradan qazanıram. Bu mənim işə hörmətimdir. Emrə ilə gözəl bir evlilik yaşadıq.  İki gözəl uşağımız oldu. Boşanma qərarını daha əvvəl almışdıq. Haqqımızda ssenarilər yazılmağa başladı. Mənim xəyanət etdiyim bildirildi.  Xəbərlərdə adı çəkilən adam dostumdur, dostum qalmağa davam edəcək. Aylar əvvəl verilişdə  qəza yaşamışdım. Sinəm açılmışdı. Pis hadisə idi. “Çağla sinəsini reytinq üçün açdı” demişdilər. Sizi məmnun edə bilmədiyim sinəmlə iki uşaq əmizdirmişəm. Emre Altuğla dostca ayrılmışıq, ölənə qədər də uşaqlarımın atasıdır”.