Bəyimxanım ”Dünya qəmli nağıl imiş” mahnısını oxudu

beyimxanim-dunya-qemli-nagil-imis-mahnisini-oxudu
Oxunma sayı: 3230

 

Bəyimxanım bildirib ki,  təklif ona bəstəkarın özündən gəlib: “Çox şadam ki, Ramiz müəllim kimi sənətkar mənim üçün mahnı yazıb. Bir çox sənətkarların yaradıcılığında məhz Ramiz Mirişli imzası var. Əsərin musiqisi gözəl olduğu kimi sözləri də qəlbə yatandır. Hər iki müəllifə sonsuz təşəkkür edirəm”.

Bəyimxanım onu da xatırladıb ki, bu il yaradıcılığında bir çox yenilik edəcək:”Yorulmadan yeni mahnılar yazdırıb ölkənin ən iri konsert salonlarında konsert vermək fikrim var. Başqa ölkələrdən də bir neçə təklif almışam. Bir qərara gələndən sonra mətbuata açıqlama verəcəm.