Bəyimxanım qayıtdı

beyimxanim-qayitdi
Oxunma sayı: 2000


“Qafqazinfo”nun məlumatına görə, müğənni yeni “Azərbaycan” və “Çiçəyim” mahnılarını repertuarına  əlavə etdiyini bildirib:
“Repertuarıma iki yeni mahnı  salmışam, hər iki əsərin musiqisi Nailə Mirməmmədliyə sözləri isə Sona Vəliyevaya məxsusdur.Mən vətənpərvər mahnıları sevirəm. Tez-tez müraciət edirəm. Bu dəfə də hər iki mahnım ilin ən gözəl vaxtlarından birinə təsadüf etdi. Sona və Nailə xanımların birgə işi çox gözəl alınıb. İki yaradıcı xanımın bir not üzərinə gəlməsini mənə mükəmməl iş verdi. Hər ikisinə  çox minnətdaram. Daimi sənət tərəfdarı olmuşam. Tez-tez çıxıb nələrisə, nümayiş etdirmək təbiətimə uyğun deyil. Yaxşı mahnı olarsa, onu tamaşaçılarım üçün ifa etməyi hər şeydən üstün tuturam”.