Beyl doğulduğu xəstəxanaya yarım milyon bağışladı

beyl-doguldugu-xestexanaya-yarim-milyon-bagisladi
Oxunma sayı: 929

Uels millisinin və "Real"ın futbolçusu Qaret Beyl koronavirusla mübarizə üçün 500 min funt-sterlinq ayırıb.

"Qafqazinfo" xəbər verir ki, Uels universiteti xəstəxanası ulduz futbolçuya və onun xanımına yatırım üçün təşəkkür edib.

30 yaşlı vinger açıqlamasında köməklik etdiyi xəstəxanada doğulduğunu deyib: "Bu xəstəxana mənim üçün xüsusidir. Burada doğulmuşam. Xəstəxana mənə və ailəmə xidmət göstərib. İndi biz onlara dəstək olmalıyıq".