Bəylə gəlini sel apardı

beyle-gelini-sel-apardi
Oxunma sayı: 1796


“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, hadisə Hindistanın Cəmmu və Kəşmir ştatındakı Racuori bölgəsində baş verib. Avtobusda 50 nəfər vardı və onlardan yalnız 3 nəfər xilas olub.

Hindistanın şimalında son 22 ilin ən güclü daşqını yaşanır. Leysan yağışları itkin düşmüş avtobusun axtarışları üçün helikopterlərin səmaya qalxmasına imkan vermir. 

The India Express bildirir ki, güclü yağışlar nəticəsində Celam çayında suyun səviyyəsi 6,7 metr qalxıb.

Yağışların daha 48 saat davam edəcəyi bildirilir. 

23 kəndi və 4 şəhəri su basıb.