İyulun 23-də təsdiq olunmuş qrafikə uyğun olaraq, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun İmamverdilər kəndində səyyar qəbul keçirib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda hüquq-mühafizə orqanların rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
RİH başçısı Əziz Əzizov kənd əhalisini salamlayaraq keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu bildirib, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Daha sonra kənd sakinləri öz müraciətlərini ünvanlayıblar. Müraciətlər əsasən suvarma suyu və sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılması, torpaq, elektrik təchizatı kimi məsələlərlə bağlı olub.
Rayon rəhbəri edilən müraciətlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.







Son xəbərlər
Son Xəbərlər