İyulun 31-də Beyləqan şəhərində yaşayan Qəhrəman Qəhrəmanov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən çənə nahiyəsindən xəsarət alıb.
"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Beyləqan RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-16” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər