Beyləqanın Bolsulu kəndində “ВАЗ” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Bu barədə "Qafqazinfo" FHN-ə istinadən xəbər verir.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1993-cü il təvəllüdlü İsmayılov Nicat Polad oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər