Beyləqanda ağır qəza - Ölən və yaralılar var

beyleqanda-agir-qeza
Oxunma sayı: 2335

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, qəza bu gün saat 12 radələrində Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə zamanı Beyləqan rayon Türklər kənd sakini 1958-ci il təvəllüdlü Aydınov Murad Nupil oğlunun idarə etdiyi 11-BJ-137 dövlət nömrə nişanlı “VAZ-21011” və Beyləqan rayon İkinci Aşıqlı kənd sakini 1958-ci il təvəllüdlü Ağayev Hidayət Seyidimran oğlunun sükan arxasında olduğu 11-BX-921 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ-21011”nin sürücüsü dünyasını dəyişib, “07”nin sürücüsü və avtomobildə olan sərnişinlər-Beyləqan rayon İkinci Aşıqlı kənd sakinləri Pətiyeva Güləndam Kərim Qızı, Paşayeva Zülfiyyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli