Beyləqanda avtomobil dirəyə çırpılıb, iki nəfər ölüb

beyleqanda-avtomobil-direye-cirpilib-iki-nefer-olub
Oxunma sayı: 1764

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, oktyabrın 1-də saat 19 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində rayon sakini Müşfiq Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Kamal Mehdiyev isə xəstəxanada ölüb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.