Beyləqanda da ümumrayon iməciliyi keçirildi - Fotolar

beyleqanda-da-umumrayon-imeciliyi-kecirildi
Oxunma sayı: 2282

Avqustun 17-si Beyləqanda “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, aparatın əməkdaşlarının, rayonun idarə, müəssisə və təşkilat əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin iştirakı ilə ümumrayon iməciliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yaşıllıqların çoxaldılması naminə ətraf mühitin qorunması məqsədilə istirahət parkları, prospekt və küçələr alaq otlarından təmizlənib, əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji təhlükəsizliyin təmin olunması məqsədilə bəzi yerlərdə dezinfeksiya və təmizlik işləri aparılıb.

İl ərzində keçirilən ağacəkmə aksiyaları və iməciliklər ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamına bir töhfə olub.

Qeyd edək ki, Beyləqan rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməciliklər davam etdiriləcək.