Beyləqanda yanğın olub.
“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Birinci Şahsevən kəndində ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər