Beyləqanda maşın aşıb, sürücü ölüb

beyleqanda-masin-asib-surucu-olub
Oxunma sayı: 2049

Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, sentyabrın 5-də saat 17 radələrində Eyvazalılar kəndi ərazisində Ağdam rayon sakini Ziyadxan Bağırov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.