Beyləqan rayonunun Birinci Şahsevən kəndində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 290 m² olan birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər