Beyləqanda məktəbdə yanğın olub

beyleqanda-mektebde-yangin-olub
Oxunma sayı: 918

Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonu, Əhmədli kəndində ümumi sahəsi 650 m² olan birmərtəbəli orta məktəb binasında yanğın nəticəsində 5 sinif otağının tavanı 190 m² sahədə və 2 sinif otağında olan əşyalar 52 m² sahədə yanıb.

Digər sinif otaqları yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.