Martın 7-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ziyafət tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və kollektivi, YAP Beyləqan rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumilikdə 220 nəfəri şəhid ata-ana və yoldaşları olmaqla, 500 nəfərin iştirakı ilə keçirilən tədbirdə giriş nitqi ilə çıxış edən Əziz Əzizov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı və onun timsalında ölkəmizin və rayonumuzun bütün qadınlarını təbrik edib, xoş arzularını çatdırıb.
Rayon rəhbəri cəmiyyətdə və ailədə, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıb. Qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən gender siyasəti nəticəsində qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb və onlar ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edirlər.
Beyləqan rayon Prokuroru Ramazan Hadıyev, şəhid anaları adından Səkinə Xəlilova, Əlinəzərli kənd 1 saylı tam orta məktəbin Azərbaycan dili-Ədəbiyyat müəllimi Nəzakət Feyziyeva və digərləri çıxış edərək “8 Mart-Beynəlxalq Qadınlar günü” münasibətilə bütün xanımları təbrik etdilər və onlara müvəffəqiyyətlər arzuladılar.
Daha sonra rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup qadına Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və gül buketi təqdim olunub.
Eləcə də rayon rəhbərliyi tərəfindən tədbirdə iştirak edən bütün şəhid analarına və xanımlarına hədiyyə və gül təqdim edilib.
Tədbir rayon Mədəniyyət nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam edib.











Son xəbərlər
Son Xəbərlər