Beyləqanda qəza, 1 nəfər öldü

beyleqanda-qeza-1-nefer-oldu
Oxunma sayı: 1480

Beyləqanda yol qəzası olub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Beyləqan rayonunun ərazisində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.